Fevralın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarına start veriləcək.
İki günü əhatə edəcək turun ilk günündə “Qəbələ” səfərdə “Səbail”in qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Neftçi” və “Zirə” klubları üz-üzə gələcəklər.
Turun ikinci gününün birinci qarşılaşmasında “Keşlə” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Tura lider “Qarabağ” və “Keşlə” klubları arasında görüşlə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 41 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 35 xalla ikinci, “Zirə” 31 xalla üçüncü, “Sumqayıt” 24 xalla dördüncü, “Neftçi” 19 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (14 xal), “Keşlə” (12 xal) və “Kəpəz” (7 xal) qərarlaşıb.AZƏRTAC
Prezident İlham Əliyev təkbətək görüşü zamanı bilirmişdir ki, Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir.Ulu Öndər Heydər Əlirza...