Fevralın 23-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Qazaxda və Astarada sahibkarlar üçün treninqlər keçirilib.
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlıq subyektləri üçün maariflənmə imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlər “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin artırılması yolları, çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişaf etdirilməsi, biznes-planın tərtibi, logistikanın mahiyyəti, logistik mərkəzlərin yaradılması mövzularını əhatə edib.
Treninqlərdə iştirakçılara, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, apellyasiya şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib, mövzular üzrə təqdimatlar olub.AZƏRTAC