Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb

Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib.
 Hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində olub. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.
Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşaq qızının meyiti aşkarlanıb. Onların tüstüdən boğularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.APA