Astarainfo.az xəbər verir ki, fevralın 25-də Astara rayon Rudəkənar kənd futbol meydançasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ( AFFA ) təşkilatçılığı ilə keçirilən futbol üzrə kişilər arsında “Region Liga” çempionatının IV tur oyununda “Astara” Futbol Klubu “Ümid” (Cəlilabad) klubu ilə qarşılaşıb.
Çox gərgin keçən mübarizənin ilk hissəsi qolsuz bərabərə yekunlaşsa da ikinci hissədə yerli azərkeşlərin də dəstəyi ilə daha əzmkar oyun göstərən komandamız yekunda İsmayılov Mirəli və Ağayev Şahinin vurduğu qollar ilə 2-0 hesabı ilə qalib gəlib.
 Komandamızı bu qələbə münasibəti ilə təbrik edirik.
Elnur Qurbanlı
Foto-Nicat Raufoğlu
Astarainfo.az