Astara rayonunun hər yerində olduğu kimi Xocalı faciəsi şəhər 5 saylı tam orta məktəbində də anılıb. Anım mərasimində məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxış edən məktəbin direktoru Arzu Əhmədova bildirib ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıda soyqırımı həyata keçirib. Soyqırımı nəticəsində 613 nəfər şəhid olub, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər əsir götürülüb.
Vurğulanıb ki, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük rolu olub. Artıq 10-dək ölkə və ABŞ-ın 15-dən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.
 Daha sonra şagirdlər Xocalı faciəsində baş vermiş hadisələri əks etdirən “Ana fəryadı”adlı ədəbi -bədii kompozisiyalarla çıxış ediblər.
Məktəbin sinif müəlliməsi   Ellaza İbrahimovanın rəhbərliyi ilə III-a sinif şagirdləri   Z. Yaqubun,S.Zeynallının hazırladığı şeirlər,”İgid əsgər  “, “And içirik” mahnıları və “Ana fəryadı”kompozisiyası izləyicilər  tərəfindən  rəğbətlə qarşılanıb .
Astarainfo.az