Ərdoğan: Türkiyə SQ bu gün Afrində, sabah Manbicdə olacaq

Türkiyə Hərbi Qüvvələri (SQ) Suriyanın Manbic rayonunun terrorçulardan təmizləməyə hazırdır.
 Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyəli lider qeyd edib ki, “Zeytun budağı” əməliyyatı Suriyanın bütün şimalı boyu İraqla sərhədə qədər davam edəcək.
 R.T.Ərdoğan bəyan edib: “Türkiyə Hərbi Qüvvələri bu gün Afrində, sabah Manbicdə olacaqlar”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.Trend.az