Martın 4-də Astara rayon Rudəkənar kənd futbol meydançasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ( AFFA ) təşkilatçılığı ilə keçirilən futbol üzrə kişilər arsında “Region Liga” çempionatının V tur oyununda “Astara” Futbol Klubu “Dinamo” (Yardımlı) klubu ilə qarşılaşıb.
Çox maraqlı və gərgin keçən mübarizənin ilk hissəsini komandamız  Mirəli İsmayılovun on bir metrlik cərimə zərbəsindən vurduğu qol ilə 1-0 öndə tamamlayıb. İkinci hissədə də mübarizəsini davam etdirən komandamızda  Mirəli İsmayılov rəqib futbolçuları və qapıçını geridə qoyaraq özünün və komandamızın 2-ci qoluna imza ataraq hesabı 2-0 edib.  Oyunun sonlarına yaxın Şahin Ağayevin vurduğu qol ilə son sözü söyləyib. Beləliklə komandamız 3-0 hesabı ilə növbəti qələbəsini qazanıb.
Komandamızı bu qələbə münasibəti ilə təbrik edirik.
Elnur Qurbanlı 

Astarainfo.az