Hirkan Milli Parkının Şindan meşəbəyliyinin ərazisində fevral ayı ərzində ardıcıl olaraq 1 yetkin və 2 kiçik bəbirin fotoşəkli qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fotoları bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirilən layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.
Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək, ümumiyyətlə, bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda isə bu növə yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində rast gəlinir.
Hazırda Hirkan Milli Parkının ərazisində qeydə alınan bəbirlərin şəkilləri bu növün milli park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...