Astara rayon Siyəku kənd tam orta məktəbində  Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə  təşkilatçılığı ilə  5 Mart Bədən tərbiyəsi və idman gününün qeyd edilməsi, Bədən   tərbiyəsi    və    idman    haqqında    Azərbaycan   Respublikası   Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda   kütləvi   bədən  tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması məqsədi ilə məktəblilər arasında Rayon Təhsil Şöbəsinin idman metodisti Nizaməddin Ələkbərovun rəhbərliyi ilə  “Şən startlar” əyləncəli idman oyunları keçirilib
Məktəblilər böyük və kiçik toplarla 24 metr məsafəyə qaçış və kisə ilə hoppanmaq, topun basketbol səbətinə atılması, şarların partladılması, kəndir dartma üzrə güclərini sınamışlar.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları və Təhsil Şöbəsinin Həmkarlar İttifaqının medalları ilə mükafatlandırılmışlar.
Oyunlar məktəblilərin və qonaqların böyük marağına səbəb olmuşdur.

Elnur Qurbanlı

Astarainfo.az