Astarainfo.az xəbər verir ki, martın 4-də Ərçivan qəsəbə 4 saylı tam orta məktəbində həmyerlimiz şəhidPəcəli Nurməmməd oğlu Teymurovun əziz xatirəsinə həsr olunmuş “Azərbaycanı sevək və tanıyaq”devizi ilə rayonunun ümumtəhsil məktəbləri arasında bilik yarışı keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Astara rayonu üzrə meneceri Emil Axundovun, rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin dəstəyi ilə ərsəyə gəlmiş bu tədbirdə rayonun 24 ümumtəhsil məktəbi yaxından iştirak edib.
Hər komandada 6 nəfər şagird olmaqla 144 nəfər məktəbli bilik yarışmasında öz qüvvələrini sınayıblar. Sərək kənd tam orta məktəbi I, Siyaku kənd tam orta məktəbi II,Ərçivan qəsəbə 3 saylı tam orta məktəbi isə III yerə layiq görülüblər. Kijabə, Ərçivan I və 4, şəhər 3 və 5 tam orta məktəbləri isə həvəsləndirici yerlərə layiq görülüvlər. I yeri qazanmış Sərək kənd tam orta məktəbinə yarışın simvolik kuboku təqdim olunub.
Tədbirdə rayon Təhsil Şöbəsinin məsləhətçisi Baloğlan Əliyev, məktəb direktorları iştirak ediblər.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...