“Zeytun budağı”nda zərərsizləşdirilən terrorçuların sayı 3000 nəfərə çatmaqdadır

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2940 nəfərə çatıb.
 Ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 68 üzvü məhv edilib.
 Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.Trend.az