Astarainfo.az xəbər verir ki, martın 10 da keçirilən Azərbaycan Jurnalistlərinin VII Qurultayında region mətbuatı təmsilçiləri arasında “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə çıxış etmiş və region mətbuatının daha da inkişaf etdirilməsi sahəsində təkliflərini irəli sürmüşdür.
Fəridə Ağazadə “Astara” qəzetinin çoxşaxəli fəaliyyət istiqamətləri  haqqında geniş məlumat vermiş və bildirmişdir əminliklə demək olar ki, mətbuat ölkədə ən sürətlə inkişaf edən,informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir.Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində, o cümlədən, tədirs və marifləndirmə sahəsində mühüm rol oynayır.
O bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi mətbuat sahəsinin inkişafında da ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatının inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərmişdir. Yalnız ulu öndər Heydər Əliyevin demokratik cəmiyyət quruculuğu istiqamətində başlatdığı islahatların nəticəsi olaraq mətbuat siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtuldu. Azad sözün inkişafı məqsədilə KİV-in sərbəst fəaliyyəti təmin edildi. Azərbaycanda mətbuatın inkişafına xidmət edən digər mühüm amillərdən biri dövlətin etdiyi yardımlardır . Bu diqqət və qayğının nəticəsi idi ki, 2001-ci ildə Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
Bu gün ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən söz və mətbuat azadlıqlığını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev də KİV-nin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinin tərəfdarıdır. Dövlət başçısının mətbuata münasibəti demokratik inkişafın zəruri tələblərinə söykənir. Son 12 ildə qəzetlərin borcunun ödənməsindən başlamış Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltifi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə yüksək qiymətin göstəricisidir. O cümlədən, mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.
Baş redaktor dövlət tərəfindən regionlara və region qəzetlərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmiş və region mediasının ölkənin ictimai-siyasi və sosial həyatında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Baş redaktorun region qəzetlərinin xəbər portallarının yaradılması, onlara dövlət tərəfindən maliyə vəsaitinin ayrılması istiqamətində verdiyi təklifi qurultay iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.

Astarainfo.az