Az adam tapılar ki ayıq başa insultdan ölmək istəsin. Fransanın Bordo universitetinin tədqiqatçıları bu xoşagəlməz insidenti əhəmiyyətli dərəcədə azaltmaq yolları tapıblar, – “mhealth.ru” xəbər verir.
Astarainfo.az Milli.Az-a istinadən bildirir ki, 7000 – dən artıq insanı dietalarında zeytun yağının iştirakı prinsipi ilə 3 qrupa ayırıblar: 1-ci qrup onu heç istifadə etməyib, 2-ci qrup mötədil istifadə edib, 3-cü qrup isə intensiv istifadə edib (yemək qızardanda, salata qatmaqda və adi çörəklə yeməkdə istifadə ediblər).
 Nəticə göstərib ki, rasionda nə qədər çox zeytun yağı varsa, bir o qədər insult riski aşağıdır (41%!). Zeytun yağı trombların əmələ gəlməsinin qarşısını damarları təmizləyərək alır. Bundan başqa, yeməkləri də daha dadlı edir.