Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı çərçivəsində Afrin şəhərini azad etmək üçün bütün strateji məntəqələri terrorçulardan təmizləyib.
Bu barədə TSQ-nin Baş Qərargahı rəsmi məlumat yayıb.
Bildirilir ki, aparılan əməliyyatlar sayəsində PKK/KCK/PYD-YPG terror qruplaşmaları ilə bərabər, İŞİD terrorçu təşkilatının da xeyli sayda tərəfdarı zərərsizləşdirilib. Martın 12-nə olan məlumata görə, yanvarın 20-dən başlanan proses nəticəsində 3393 terrorist zərərsizləşdirilib.AZƏRTAC
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...