Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur – aksiyasına start verilmişdir.
Bununla əlaqədar olaraq martın 14-də Astara Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyası üzrə Astara rayonundan Quba – Qusar – Xaçmaz istiqamətində gedəcək məktəblilər və qrup rəhbərləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti başçısının müavini ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açıq elan etmiş “Ölkəmizi tanıyaq” tur – aksiyasında gənclərə uğurlar arzulamışdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin ictimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Həsənov,  rayon 6 saylı tam orta məktəbinin direktoru Elçin Mirzəzadə çıxış etmişdir.
Elza Kazımova
Astarainfo.az