Futbol üzrə Azərbaycan milli komandasının Belarus və Makedoniya yığmaları ilə yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Astarainfo.az -ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib. Onlardan cəmi 3-ü – Pavel Paşayev, Araz Abdullayev və Dmitri Nazarov legionerdir. Ən çox – 6 oyunçu “Neftçi”dən çağırılıb. “Qarabağ” yığmada 5, “Sumqayıt” 4, “Qəbələ” 3, “Keşlə”, “Səbail” və “Kəpəz” isə 1 futbolçu ilə təmsil olunacaq.
Onların arasında ilk dəfə dəvət olunanlar da var.
Qeyd edək ki, təlim-məşq toplanışı bu gün start götürəcək. Bakıda 10 gün davam edəcək hazırlıq prosesi müddətində martın 23-də Belarus yığması ilə yoldaşlıq görüşü keçiriləcək. Martın 25-də komanda üzvləri toplanışın növbəti mərhələsi üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar. Martın 27-də Antalyadakı “Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Milliyə dəvət olunmuş futbolçuların siyahısı:Milli.Az
AD, SOYAD |
KLUB |
Kamran Ağayev |
Keşlə |
Rəşad Əzizli |
Neftçi |
Səlahət Ağayev |
Neftçi |
Maksim Medvedev |
Qarabağ |
Elvin Yunuszadə |
Qarabağ |
Qara Qarayev |
Qarabağ |
Coşqun Diniyev |
Qarabağ |
Riçard Almeyda |
Qarabağ |
Ruslan Abışov |
Neftçi |
Namik Ələskərov |
Neftçi |
Rəhman Hacıyev |
Neftçi |
Emin Mahmudov |
Neftçi |
Ruslan Qurbanov |
Qəbələ |
Ürfan Abbasov |
Qəbələ |
Asif Məmmədov |
Qəbələ |
Cavid İmamverdiyev |
Sumqayıt |
Tural Axundov |
Sumqayıt |
Rəşad Eyyubov |
Sumqayıt |
Amil Yunanov |
Sumqayıt |
Rahil Məmmədov |
Səbail |
Şəhriyar Rəhimov |
Kəpəz |
Araz Abdullayev |
Anortosis (Kipr) |
Pavel Paşayev |
“Oleksandriya” (Ukrayna) |
Dimitri Nazarov |
“Erzgebirge Aue” (Almaniya) |