Bir çox yeməyə aroma qatan və sağlamlığa müsbət təsiri olan sarımsağın çoxsaylı faydalarını bilirik. Amma araşdırmalar zamanı közlənmiş sarımsağın inanılmaz müsbət təsirləri ortaya çıxıb. Astarainfo.az Ailem.az-a istinadən xəbər verir ki, araşdırmaların nəticəsinə əsasən, gündə 6 diş közlənmiş, ya da qızardılmış sarımsaq yedikdə 24 saat ərzində orqanizminizdə bu dəyişikliklər meydana gəlir.
İlk saat: Orqanizminiz sarımsağı həzm etməyə başlayır.
2-4 saat: Orqanizminizin həzm etdiyi qidalar xərçəngli hüceyrələrlə savaşmağa başlayır.
4-6 saat: Metabolizmanız sürətlənir. Yığılan yağlar yanmağa və orqanizminizdəki artıq yağlar atılmağa başlayır.
6-7 saat: Sarımsağın antibakterial özəlliyi bədənə yayılır və qan dövranınızı düzənləyir. Sarımsaq bakteriyalarla savaşmağa başlayır.
6-10 saat: Sarımsaqdakı maddələr hüceyrələri qoruyur.
10-24 saat: Sarımsaq aşağıdakıları gerçəkləşdirir:
– Xolesterolu tənzimləyir
– Damarları təmizləyir və ürək problemlərinə qarşı qoruyur
– Təzyiqi normallaşdırır
– Sinir sistemini gücləndirir
– Bədənə ağır metalların girməsini əngəlləyir
– Sümükləri və oynaqları gücləndirir
– Yorğunluğu önləyir
– Hüceyrələrin ömrünü uzadır