Dağlıq Qarabağın azad edilməsi uğrunda qazi olmuş leytenant Kamil Musəvi Türkiyənin baş naziri Binəli Yıldırımı ziyarət edib.
Qarabağda döyüş nəticəsində ayağını və gözünü itirən Kamil Musəvi Binəli Yıldırıma əzmindən, davasından heç nəyi itirmədiyini söyləyib: “Ayaqsız, gözsüz yaşamaq olar, ancaq Vətənsiz mümkün deyil”.
Türkiyənin baş naziri, öz növbəsində, bildirib: “Nə qədər ki, bu eşq var, heç kim bizə zərər verə bilməz, leytenant Kamil Musəvi!”
“Mən Afrinə getmək istərdim”, – deyən Kamil Musəviyə Binəli Yıldırm belə cavab verib: “Qardaşların, böyük qardaşların Afrində dastan yazır”.
Leytenant Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək məqsədilə videoçarx hazırladığını baş nazirə bildirib. Türkiyə hökumətinin başçısı bundan qürur duyduğunu və izlədiyini bildirib: “İnşallah, Qarabağ da bir gün təmizlənər”.
Baş nazirlə söhbət zamanı Musəvi Çanaqqala savaşı haqqında oxuduğu bir hadisəni danışıb: “Savaş zamanı bir türk hərbçi geyimini cıraraq Fransa əsgərinin yarasını sarıyıb. Türk hərbçi hadisəni dostlarına belə nəql edib: “Mən onun cibində bir qadın fotosu gördüm. Anası olduğunu zənn elədim. Düşündüm ki, anası onu gözləyir. Onu gözləyən var. Ancaq mənim gözləyənim yoxdur. Ona görə də fransız hərbçiyə yardım etdim”. Bu hadisədən xəbər tutan fransız general isə deyib: “Mən belə bir hadisəni nə eşitdim, nə də indiyə kimi görmüşəm”.
Görüşün sonunda Binəli Yıldırım Kamil Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından yaradılan bir plaket və təsbeh hədiyə edib. Report.az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...