Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir.
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Astara rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri rayonunun Kakalos, Şiyəkəran, Siyaku kəndlərində seçicilərlə görüş keçirib.
Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri  Firudin Əhmədov açaraq son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələrindən bəhs edib: “Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu inkişaf siyasəti Onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirilir. Məhz bunun nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də ümumilikdə beynəlxalq aləmdə böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca ölkəmizin mövqeləri daha da möhkəmlənir”.
Rayon təşkilatının sədri bildirib ki, Astara ictimaiyyəti birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi dəstəkləyir: “Rayon ictimaiyyəti dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini böyük məmnunluqla qarşılayır. Böyük ruh yüksəkliyinin fonunda qeyd edə bilərəm ki, Astara seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklər. Bununla seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar”.
Tədbirdə Rayon ağsaqqallarından Hamlet Əliyev, Seyran Babayev, Rayon Gənclər Birliyinin sədri Tural  Eyvazov və başqaları çıxış ediblər.
Tədbirdə iştirak edənlər yekdilliklə İlham  Əliyevə səs verəcəklərini bildiriblər.

Astarainfo.az