Təlimin son günü iştirakçılar bir arada
Xəbər verdiyimiz kimi, Avropa İttifaqının maliyyə dəstəyilə  və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Əhalinin sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməs”layihəsi çərçivəsində 2018-ci il  martın 22-dən 25-dək Mingəçevir Media Mərkəzində Data Jurnalistika barədə  təlim keçirilib.  Təlimə 15 bölgədən -Naxçıvan, Lənkəran, Astara, Qazax, Zaqatala,  Şəki, Oğuz, İsmayıllı, Mingəçevir, Yevlax, Goranboy, Bərdə,  Şirvan, Sumqayıt və Bakıdan olan KİV nümayəndələri  (9 qəzet,  3 televiziya,  5 veb. 3 müstəqil jurnalist) qatılıb.
Təlimdə aşağıdakı mövzular öyrənilib:
a)      Gmail qeydiyyat  .“Nə üçün gmail vacibdir?” və “Google Drive və imkanlar” barəsində məlumat.
b)      Bellingcat – Qərbdə data jurnalistika və istifadə və yararlanma imkanları
c)      Yerli media və imkan(sızlıq)lar
d)      Data məlumatdan necə fərqlənir? Saxta datanı etibarlı datadan necə fərqləndirməli?
e)      Şəkillər, xəritələr və ya qrafiklər üzrə müqayisələr və müzakirə
f)       Onlayn media ilə  məşğul olan jurnalistlər üçün vacib alətlər  (Google Chrome-da istifadə edilən alətlər)
g)      Venngage, Canva (Foto kollaj yaratma imkanı), İnfogram,  Piktochart (Qrafik təsvirlər yaratma imkanı),  Easel.ly (Online qrafik və kontent yaratma aləti) və praktik işlər
h)     Medium-da proyektlərin təqdimatı 
i)        Data hekayələrini hazırlayarkən insan hüquqlarına əsaslı yanaşma
j)        İştirakçıların mövzu təklifləri ilə bağlı ümumi müzakirələr, tövsiyyələr
20 nəfərdən 18-i təlimin sonuncu günü araşdıracaqları mövzularla bağlı  təqdimatlarını edibər. Bu mövzulara daxildir: Turizm müqayisədə (hotellərdə qiymətlər),  Qız uşaqlarının abortu, İçməli suyun çirklənməsi,  Azyaşlıların fiziki və cinsi istismarı,  Multikultiral dəyərlər, Ana və uşaq ölümü, Problemli kreditlər, Nisyə dəftərləri,  Kömürə dönən ağacların harayı, Əlilliyi olan şəxslərin  nəqliyyat vasitələrindən istifadə edə bilməmələri,  Şirvanda ekoloji problemlərin xəstəliklərə təsiri,  Kənd təsərrüfatında çətinliklər,  Məktəblilərin normal qidalanmaması,  Ekololoji tarazlığın bərpası, Pambıqçılığın vəziyyəti, Azərbaycana gələn turistlərin azlığı, Əlil insanların işsizliyi.
Təlim zamanı iştirakçılara mediumda bloq açılıb. Hər bir təlim iştirakçısı aprelin 20-dək araşdırmasını apararaq, müxtəlif qrafik təsvirlərin köməyilə data hekayəsini hazırlayacaq və öz bloqunda yerləşdirəcək, linki təşkilatçılara göndərəcəklər. Layihə rəhbəri və təlimçilər qısa müddətdə bu araşdırmaları nəzardən keçirib, 1, 2 və 3-cü yerlərin qaliblərini müəyyənləşdirəcəklər. Aprelin sonunda onlar Mingəçevir Media Mərkəzinə dəvət ediləcək və mükafatlar təqdim olunacaq. Təlim iştirakçıları facebook-da Data Jurnalistika adlı qrup yaradıblar və hər kəs öz işini orada paylaşır. Tədbir həm də bölgə jurnalistlərinin gələcəkdə birgə əməkdaşlığı üçün yeni imkanlar yaratdı. Layihə rəhbərinin dediyinə görə, hazırda onlar bölgə mediası üçün yeni layihələr barədə də düşünməyə başlayıblar .

Astarainfo.az