Mingəçevirdə Kür çayı üzərində kanat istifadəyə verilib.
Bu yeni əyləncə növü həm sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.
Astarainfo.az Xezerxeber.az-a , Kür çayı üzərində quraşdırlan iki kabineden ibarət yeni əyləncə vasitəsi şəhər üçün yenilikdir. Çayın hər iki sahli istiqamətində hərəkət edən kanata maraq böyükdür.
2 elektro matorla hərəkət etdirilən qurğu tam təhlükəsiz xidmət göstərir. Troslar üzərində hərəkət edən kabinalar 320 kq. çəkiyə malikdir. Burada 6 nəfərin oturması mümkündür.
Bu əyləncə 1 nəfər üçün 2 manata başa gəlir. Bir dəfə tur isə 8-10 dəqiqə çəkir. Sakinlər deyir ki, əgər kanat körpüdən uzaq olsaydı, nəqliyyat vasitəsi kimi də istifadə edilə bilərdi.
Əyləncə vasitəsi yenicə istifadəyə verilsə də, bayram günlərində ondan istifadə edənlər daha çox olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: