Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Astarainfo.az-ın “Report”-a istinadən  məlumatına görə, müraciətdə qeyd edilib ki, aprel ayının 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır.
“Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir. Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir”, – deyə Nazirlikdən bildirilib.