Kemerovodakı yanğında 67 nəfərin itkin düşməsi ilə bağlı edilən müraciətlər əsasında Rusiyanın İstintaq Komitəsi tərəfindən aparılan axtarışlar zamanı 3 nəfər sağ tapılıb.
Həmin şəxslərin itkin düşməsi barədə onların qohumları məlumat verib.
Hazırda istintaq orqanlarında 64 nəfərin itkin düşməsi və ya həlak olması barədə müraciət var.
Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində – kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub.
Son məlumata görə, yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.xezerxeber.az