2008-ci ildən başlayaraq hər il aprelin 2-də Dünya Autizm Məlumatlandırma Günü qeyd edilir. Bu barədə BMT Baş Məclisi 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib.
AZƏRTAC xəbər verir ki, Autizm Məlumatlandırma Gününün qeyd edilməsində başlıca məqsəd xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsinin yüksəltməkdir.
Autizm dünyanın hər yerində milyonlarla insanın əziyyət çəkdiyi çarəsiz xəstəlik və XXI əsrin ən qlobal problemlərindən hesab edilir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi autizmdən əziyyət çəkir. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideynlər uşaqda olan dəyişikliyi daha tez hiss etməlidirlər.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 160 uşaqdan birinə “autistik spektr pozuntusu” diaqnozu qoyulub. Xəstəliyin dərəcəsindən asılı olaraq həmin xəstələrin çoxu tam məhsuldar həyat sürmək qabiliyyətinə malikdir.
Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir. Onun yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Nəsildə autizmdən əziyyət çəkənlər olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır.
Dünya Autizm Məlumatlandırma Günü kimi ölkəmizdə də geniş miqyasda qeyd edilir, müxtəlif tədbirlər keçirilir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...