Martın 25-31 də Bakı şəhərində boks idman növü üzrə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.
Birinciliydə Astara rayon komandasının iştirakı Rayon Gənclər və İdman İdarəsi tərəfindən təmin edilmiş və idmançılarımızdan Əliyev Alı Seyran oğlu 59 kq çəki dərəcəsində III yerə, Qəhrəmanov Zaur Zamin oğlu isə 44,5 kq çəki dərəcəsində I yerə layiq görülmüşlər.
Boksçularımızı yarışa Astara rayonunda boks idman növü üzrə baş məşqçi Məmmədov Cəbrayıl, məşqçi-müəllimlər Salmanov Tofiq və Məmmədov Nurlan hazırlamışlar.
İdmançılarımızı qələbə münasibəti ilə təbrik edir, onlara uğurlar arzulayırıq.
Elnur Qurbanlı
Astarainfo.az