Astarainfo.az xəbər verir ki, Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Beynəlxalq Uşaq kitabı günü” ilə əlaqədar  şəhər 1 saylı orta məktəbin şagirdləri arasında bilik yarışı keçirilib.
Yarışda 10 komanda olmaqla 75 şagird iştirak edib.
Yarışın əsas məqsədi məktəblilərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, bilikli şagirdləri üzə çıxarmaq, onların kitab haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərmək olub.
Uşaq şöbəsinin müdiri G.Dadaşova, kitabxanaçı A.Əhmədova, müəllimlərdən F.Əliyeva, Ş.Qurbanova kitabla bağlı keçirilən yarışın əhəmiyyətini qeyd edərək, şagirdlərin yüksək intellektə və biliyə sahib olduqlarını diqqətə çatdırıblar.
 Daha sonra komandaların iştirakı ilə yarış başlayıb. Nəticədə komandalar arasında gedən mübarizədə 10 şagird qalib olub.
Qalib  şagirdlər kitab və hədiyyələrlə mükafatlandırılıblar.
Natəvan Mədətzadə
Astarainfo.az