Astarainfo.az xəbər verir ki, aprelin 22-də Bakıda keçiriləcək, 7 spikerin çıxış edəcəyi “Mentor Talks” tədbirində spikerlərdən biri də gənc müəllim, həmyerlimiz Həbib Əlizadə olacaq. O, “Görəsən mən o müəlliməm” adlı mövzusu ilə çıxış edəcək.
Həbib Əlizadə bildirib ki, onun çıxışında öz həyat hekayəsi və insanlara çağırışı olacaq.Qeyd edək ki, ianə biletlərin bir hissəsi ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq.
Şüarı “Gələcəyini bu gün inşa et!” olan tədbirin ilk kateqoriyası özünü inkişaf sahəsidir. Hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin çıxış edəcəyi Mentor Talks tədbiri 14:00-dan 18:00-a qədər Pullman hotelində keçiriləcək.
MentorTalks – özünü yetişdirmək istəyən parlaq fikirli insanların bir araya gəldiyi, ilham verən çıxışları olan tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya, məlumat və baxış açısı paylaşmaqdır.
İldə bir neçə dəfə təşkil olunması planlaşdırılan tədbirlər özünü inkişaf, biznes, marketinq, texnologiya, təhsil, səhiyyə kimi sahələri əhatə edəcək.
Tədbir haqqında ətraflı www.mentor.az saytından tanış olmaq olar.

Nicat Raufoğlu
Astarainfo.az