Ərəb ölkələrində və Hindistanda yeməkdən sonra hil çeynəmək adəti vardır. Bu çox sağlam və faydalı adətdir.
Hər gün yeməkdən sonra hil çeynəmək insan orqanizminə çox müsbət təsir edir:
 Astarainfo.az saglamolun.az-a istinadən bildirir ki, bu həzm proseslərini yaxşılaşdırır, qarında köp və ağırlığı aradan qaldırır.
– Ağızdan gələn pis qoxunu yox edir.
– Ağız boşluğuna antiseptik təsir edir, yerli immuniteti möhkəmləndirir, anginanın qarşısını alır.
– Orqanizmi ziyanlı maddələrdən təmizləyir.
 – Ürəyin fəaliyyətini yaxşılaşdırır.
– Əhvalı yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır, baş ağrılarını azaldır.
– Bir çox digər ədviyyatlar kimi orqanizmə xərçəng əleyhinə təsir edir.
Hər gün 2-3 hil çeynəmək olar.