Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində ilk dəfə səs verən gənclərlə növbəti görüş keçirib.
Görüşdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov ölkə prezidenti, xalqımızın ən etibarlı və alternativsiz lideri cənab İlham Əliyevin uğurlu siyasətini növbəti 7 ildə də davam etdirilməsi ilə ölkəmizin qüdrətinin bundan sonra da artacağına əminliyini ifadə edib və ilk dəfə səs verən bütün gəncləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
YAP Gənclər Birliyinin sədri Tural Eyvazov çıxışında bildirib ki, aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin nəticələri qarşıdakı dövrdə ölkəmizin inkişafı, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, Azərbaycanın son 15 il ərzində Prezident İlham Əliyevin siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Xüsusilə Azərbacyan gənclərinin inkişafı məqsədi ilə bir çox dövlət proqramları icra edib. İndi Azərbacyan gəncliyi fəxr edə bilər ki, belə bir güclü dövlətə sahibdir.
İlk dəfə səs verən gənclər çıxış edərək qeyd ediblər ki, gənclərin yaxın dostu,  Azərbaycanın gələcək uğurlarının təminatçısı ölkəmizi beynəlxalq ölkədə tanıdan, millətin və xalqın sevimlisi cənab İlham Əliyevə 11 aprel prezident seçkilərində səs verəcəklərini qətiyyətlə bəyan ediblər.

Astarainfo.az