11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Astara rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində rayonun Pensər kəndində seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bir neçə gündən sonra xalqımızın növbəti dəfə prezident seçkilərində iştirak edəcəyini bildirib. O, qeyd edib ki, keçən 15 il ərzində Prezident İlham Əliyevin reytinqi xalq arasında əhəmiyyətli dərəcə  yüksəlməkdə davam edib. Cənab İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edibdir. Bütün bu mühüm uğurlar Prezident cənab İlham Əliyevin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Firudin Əhmədov bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. O, bütün seçiciləri Heydər Əliyev davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Mahmudov deyib ki, Cənab İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütöv Azərbaycan xalqının namizədidir. Çünki bütün Azərbaycan xalqı onun siyasətini dəstəkləyir və 15 ildəki fəaliyyəti yüksək qiymətləndirilir. O, bildirib ki, xalq artıq öz seçimini edib və 11 apreldə ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə həmçinin ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, müstəqil Azərbacyan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycan möhtəşəm nailiyyətlər əldə edib.
Cəlil Xəlilov əmin olduğunu bildirib ki, Astara rayonunun bütün seçiciləri Prezident seçkilərində yaxından iştirak edərək ən layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklər.
Görüşdə çıxış edən seçicilər adından kənd sakinləri Abdulla Əliyev, Bəsti Camalov, Faiq Həsənov, Nuridə Babayeva bildiriblər ki, bütün seçicilər seçki məntəqələrinə gələcək, hamılıqla 11 apreldə cənab İlham Əliyevə səs verəcəklər.

Astarainfo.az