Astarainfo.az xəbər verir ki, 5-6 aprel tarixlərində Astara Gənclər Evində  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  “Xəmsə” Milli İntellektual Oyunu üzrə X Azərbaycan çempionatının  rayon seçim turu keçirilib.
Yarışın açılışında çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev ilk öncə  1-5 aprel 2016-ci il aprel döyüşləri haqqında məlumat gənclərə məlumat verib, Astaralı şəhid Teymurov Pəncəli Nurməmməd oğlunun, o cümlədən torpaqlarımız uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.
Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı yarışın məqsədinin yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirib.
Daha sonra  yarışın aparıcıları, “Lənkəran” Klubunun sədri Famil Məmmədov və sədr müavini Zamin Ağazadə oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırıb və yarışa start verilib
 Seçim turunda püşkatma nəticəsində A qrupunda “Xəzər” ( Şəhər 6 saylı tam orta məktəb ), “Azərlight” (Şəhər 1 saylı tam orta məktəb), “Uğur” (Şəhər 5 saylı tam orta məktəb), “Everest” (Şəhər 3 saylı tam orta məktəb), B qrupunda “Zəka” (Vaqo kənd tam orta məktəb), “Təkamül” (Astara Pedaqoji Kolleci), “Günəş” (Ərçivan 1 saylı tam orta məktəb), “Xəzər-3” (Şəhər 4 saylı tam orta məktəb), C qrupunda  “Şah” (Şahağacı kənd 2 saylı tam orta məktəb), “Qala” ( Sərək kənd tam orta məktəb), “Alov” (Şüvi kənd tam orta məktəb), “Real” ( Astara Pedaqoji Kolleci), D qrupunda “Fatehlər” (Maşxan kənd tam orta məktəb), “Book House Club” (Astara Book House), Xəzər-2 (Şəhər 7 saylı tam orta məktəb), “Azərlight-2” (Şahağacı kənd 1 saylı  tam orta məktəb) komandaları olmaqla ümumilikdə 16 komanda mübarizə aparıblar.
Final turunda qruplarında birinci yeri tutmuş “Everest”, “Xəzər-3”, “Şah” və “Azərlight-2” komandaları birincilik uğrunda yarışıblar.
Beləliklə, Astara rayonu üzrə gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunun   X Azərbaycan çempionatının Astara rayonu üzrə seçim turunun nəticələrinə görə I yerə şəhər 3 saylı tam orta məktəbi təmsil edən “Everest” komandası (+6900 xal), II yerə Şahağacı kənd 1 saylı tam orta məktəbi təmsil edən “Azərlight-2” komandası (+1400 xal) layiq görülüblər.
Sonda qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.

Elnur Qurbanlı

Astarainfo.az