Azərbaycan Kuboku: ilk oyunların vaxtı açıqlandı

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçlarının təqvimi müəyyənləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, hər iki qarşılaşma aprelin 12-də keçiriləcək.
İlk görüş paytaxtda oynanılacaq. Belə ki, “Keşlə” “İnter Arena”da “Sumqayıt”ı qəbul edəcək. Bu matç başa çatdıqdan dərhal sonra isə “Qəbələ” ilə “Neftçi” münasibətlərinə aydınlıq gətirəcəklər.
Azərbaycan Kuboku

Yarımfinal (ilk oyunlar)
12 aprel (cümə axşamı)

16:00. “Keşlə” – “Sumqayıt”
“İnter Arena”

18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu