Rusiyada meşə yanğınlarının sahəsi 9 min hektar artıb

Rusiyanın Uzaq Şərqində meşə yanğınlarının sahəsi sutka ərzində 9 min hektar artıb.
Son sutka ərzində regionda 24 yeni meşə yanğını qeydə alınıb. Ümumilikdə yanğın ocaqlarının sayı 59-a çatıb.
Yanğınlardan ən çox Amur vilayəti zərər çəkib. Burada meşə yanğınları son sutka ərzində 8,1 min hektar meşə sahəsini məhv edib.APA