Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Səhər tezdən Bakıda seçkilərin başlanmasını izlədik, indi isə Sumqayıtdayıq. Artıq şəhərin 8 seçki məntəqəsində səsverməni müşahidə etmişik.
Astarainfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyasının moldovalı üzvü Valeriu Ghiletchi bildirib.
“42 saylı Sumqayıt II seçki dairəsinin 37 saylı seçki məntəqəsində ilk dəfə səsvermədə iştirak edən gəncin doğum gününün həm də bu mühüm hadisəyə təsadüf etdiyinın şahidi olduq. Biz də təbriklərə qoşulduq”, – deyə beynəlxalq müşahidəçi qeyd edib.
Prezident seçkiləri ilə bağlı müşahidələrini bölüşən qonaq Azərbaycanda artıq ikinci seçkidə iştirak etdiyini deyib. O, vətəndaşların prezident seçkilərinə böyük maraq göstərdiyini və kifayət qədər fəal olduqlarını bildirib.
Beynəlxalq müşahidəçi seçkiləri müşahidə etdiyi zaman heç bir qanun pozuntusu ilə rastlaşmadığını deyib.