UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin son oyunları keçirilib.
Madriddə “Real” İtaliya təmsilçisi “Yuventus”u qəbul edib.
Oyunda ilk qol özünü çox gözlətməyib. İkinci dəqiqədə qonaqların hücumçusu Mario Mancukiç hesabı açıb. 35 dəqiqə sonra xorvatiyalı futbolçü bir daha fərqlənib – 0:2.
Qonaq komanda bununla da kifayətlənməyib: oyunun 61-ci dəqiqəsində Blez Matyudi top fərqini 3-ə çatdırıb.
Madridlilər “Yuventus”un qollarına yalnız bir dərə – oyuna əlavə olunmuş dəqiqələrdə verə bilib. Portuqaliyalı forvard Kriştianu Ronaldo 11-metrəlik cərimə zərbəsində komandasının oyunda yeganə və yarımfinala vəsiqə qazandıran qolunu vurub.
Xatırladaq ki, komandalar arasında İtaliyada keçirilən ilk oyun “kral klubu”nun 0:3 hesablı qələbəsi ilə yekunlaşmışdır.
Digər oyun Almaniyada, Münhen “Bavariya”sı və “Sevilya” aralarında keçirilib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb. İlk oyun almanların 1:2 hesablı qələbəsi ilə yekunlaşdığına görə, “Bavariya” turnirin yarımfinalına yüksəlib.
Beləliklə, ÇL-ın yarımfinalında “Roma”, “Liverpul”, “Real Madrid” və “Bavariya Münhen” komandaları oynayacaqlar.Trend
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...