Masallıda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Masallı rayonunda “VAZ 2107” markalı minik maşınının aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər rayonun Kalinovka kənd sakinləri – 1996-cı il təvəllüdlü Elvin Fərzəliyev, 1997-ci il təvəllüdlü Orxan Bağırov, 1980-ci il təvəllüdlü İnşallah Məmmədov və 1978-ci il təvəllüdlü Rəsul Calıyevdir.
Onlar təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda onların müalicəsi travmatologiya şöbəsində davam etdirilir.apa