Astarainfo.az xəbər verir ki, Astaranın simvoluna çevrilən dənizkənarı Park Bulvarın ikinci hissəsində işlər yekunlaşmaq üzrədir.Vaxtıilə bataqlıq olan ərazi tamamilə abadlaşdırılıb yerinə 350 min kub metrlərlə qum, çınqıl və torpaq tökülüb. Uzunluğu 480 metr eni 15 metr olan gəzinti meydançasının 450 metr uzunluğunda qala divarlarının eləcə də bayraq meydanının tikintisi sürətlə davam etdirilir.
İranın Dövlət sərhədinədək sahilboyu inşa edilən Park Bulvar kompleksində insanların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə idman, müxtəlif əyləncə mərkəzləri, fantan, şəlalə, fitnes və uşaq-əyləncə meydanları, ictimai iaşə müəssisələri inşa olunur.
Parkda 80 nəfər işçi qüvvəsinin və 12 texnikanın köməyi ilə işlərin may ayına qədər təhfil verilməsi nəzərdə tutulur.
Bununla da Astarada Xəzər dənizi sahili boyunca 6 hektar ərazidə salınmış Park Bulvar kompleksinin ərazisi  12 hektar artırılaraq 18 hektara çatdırılacaq.arb cenub