Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətləri davam etdirilir.Bu xidmətdən Astara rayonunun dağ kəndləri olan Asxanakəran və Hamoşam kəndlərinin sakinləri də yararlanıb.
Hər iki kənd rayon mərkəzindən 50 km uzaq olduğundan sakinlərin şəxsiyyət vəsiqəsi alması və ya dəyişdirilməsi çətin olurdu.Astara rayon Polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları və yerli icra nümayəndələrinin iştirakı ilə qanunvericilikdə nəzərdə tutulan sənədlər əsasında hazırlanan şəxsiyyət vəsiqələri vətəndaşlara yerində təqdim edilib. Ümumilikdə səyyar xidmət zamanı Asxanakəran kəndində 200-ə yaxın Hamoşam kəndində isə 300-ə yaxın vətəndaş yeni şəxsiyyət vəsiqələri ilə təmin edilib.Astarainfo.az