“Azərbaycan Dəmir Yolları” QSC İranın Astara bölgəsində tikilməkdə olan yük terminallarında aşırma həyata keçirmək üçün 200-dən çox sifariş qəbul edib.
AZƏRTAC “AzRusTrans” QSC-yə istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC –nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, bu terminallardan İranın daxili bazarı ilə yanaşı, Suriyaya və İraqa da yüklər daşınacaq. Hazırda əsasən taxta daşınır. Gələcəkdə İrandan Rusiyaya meyvə göndərilməsi mümkün ola bilər və Ukraynanın daxili bazarına yük daşımaq istiqamətində də işlər görüləcək.