Heyva ağacı 4-5 bəzən daha hündür olub, tünd yaşıl yarpaqları və iri sarı meyvələri olur. Hevya ağacının həm yarpaqlarının, həm də meyvələrinin üstü xırda tüklərlə örtülü olur. Ağacın ağ və çəhrayı çiçəkləri olub yazın ilk günlərində açır. Heyvanın həm çiçəkləri, həm də meyvələri ağaca dekorativ gözəllik verir.
Astarainfo.az  immunitet.az-a istinadən bildirir ki, qədim zamanlarda Aralıq dənizi bölgələrində heyva sevginin və çoxalmanın, sevgi allahı Veneranın rəmzi hesab edilib.
Heyva Rusiyanın Şərqində yabanı halda bitir, Azərbaycanın demək olar ki, əksər şəhərlərində heyva ağacı var. Heyva ağacının gözəl meyvələri olur və yetişdikdə ağacın gözəlliyini artırır. Ağacın meyvəsi yetişəndə sarı rəngdə olur. Meyvələr heyvanın növündən asılı olaraq yumuru və ya armudvari olur. Bu ağac ən çox Qafqazda, Krımda, Moldaviyada, Orta Asiyada yetişir. O toxum və ya calaq vasitəsilə artırılır. Onun meyvələrindən kompot, mürəbbə, jele hazırlanır, tumlarından da kulinariyada və təbabətdə geniş istifadə edilir. Yağsız meyvələrdən hesab edilən heyva dietik hesab edilir. Onun 100 qramında 40 kKalori var. Dieta saxlayan və fiqurasının qeydinə qalmaq istəyən adamlar heyvanın həm çiyindən, həm də bişmişindən istədikləri qədər istifadə edə bilərlər.
100 qram meyvənin qida dəyəri:
– Yağlar – 0,5 qram
– Zülallar – 0,6 qram
– Karbohidratlar – 0,6 qram
– Su – 84 qram
– Kalori – 40 kKal.
Heyvanın tərkibində çoxlu pektin birlşmələri, fruktoza, qlükoza, kalium, maqnium, dəmir, kalsium, fosfor var. Heyvanın müalicəvi xüsusiyyətlərindən qədim zamanlardan istifadə edilib. Heyvanın ürək döyüntüsündən, sarılıqdan, ishaldan əziyyət çəkən adamlara böyük faydası var. Onun toxumlarının dəmləməsindən də mədə-bağırsaq xəstəlikləri, bronxit zamanı geniş istifadə edilir. 10 qram heyva toxumlarını 100 qram suda qaynatdıqdan sonra içdikdə iştaha açılır və uşaqlıq qanaxması dayanır. Bunun üçün bu dəmləmədən gündə 3 dəfə qəbul eləmək lazımdır. Heyva mürəbbəsi qaraciyər fəaliyyətini yaxşılaşdırır. Heyvanın təzə sıxılmış şirəsi isə həzm sisteminin yaxşılaşmasında, qanazlığı zamanı, ishal olduqda çox faydalıdır. Təzə çəkilmiş heyva şirəsi bağırsaq qanaxmasını saxlaya bilir və ishalın sağalmasına səbəb olur. Heyva şirəsinin sidikqovucu, qanaxma əleyhinə, antiseptik, bronxları yumşaldıcı təsiri var. Onun şirəsindən kosmetologiyada da istifadə edilir. Heyva şirəsi dərini yeniləşdirir, yumşaldır, gözətrafı nahiyəni təravətləndirir.
Qanazlığı zamanı təzə çəkilmiş heyva şirəsinə az miqdarda şəkər tozu əlavə edilib içilir.Heyva tumlarının qaynadıb içdikdə öskürək əleyhinə təsir göstərir. Əldə edilən qatı maddəni isti halda quru öskürək zamanı sinəyə və kürək nahiyəyə də kompres şəklində qoymaq mümkündür. Bu ən çox da körpə uşaqlarda öz yaxşı təsirini göstərir. Heyva yarpaqlarının suda dəmləməsini içmək bronxial astma tutmalarının qarşısını alır. Bunun üçün 10-15 heyva yarpağı 200 ml suda qaynadılıb gündə 3 dəfə 1 xörək qaşığı içilir. Heyva toxumlarını qaynadıb içdikdə isə klimakteriya zamanı meydana çıxan qanaxmaları kəsmək mümükün olur.
Stomatologiyada heyva şirəsindən stomatit, qinqivit, paradontit zamanı istifadə edilir.
Qədim zamanlarda sonsuzluq zamanı da heyva şirəsindən iistifadə edilib. Belə ki, qədimdə xalq təbabəti ilə məşğul olanlar uşağı olmayanlara bir-neçə ay heyva şirəsi veriblərmiş. Heyvadan aşağıdkı xəstəliklərin müalicəsində istifadə edilir:
– Mədə bağırsaq xəstəlikləri
– Böyrək xəstəlikləri
– Qan azlığı
– Iştahsızlıq
– Düz bağırsaq çatları
– Yanıqdan sonra qalan dəri qıcıqlanmaları
– Sidiyə çıxma zamanı çətinliklər baş verdikdə
– Septik vəziyyətlərdə.
Heyvanın Ziyanı
Qəbizlikdən əziyyət çəkənlərə heyva məsləhət görülmür.