Astarada əhalinin əsas məşğuliyyəti sitrusçuluq olsa da gəliri yaxşı olan digər bitkilərin əkininə də maraq çoxdur. Son illər təsərüfatçıların kartof əkinini genişləndirməsi bu məhsula tələbatın çox olmasından irəli gəlir.
Bol məhsulun təməlində duran vacib amillərdən biri də aqrotexniki işlərin düzgün aparılmasıdır.Hazırda kartof sahələrində becərmə işləri aparılır. Becərilən kartof tam təbii, ekoloji təmiz şəraitdə yetişdirilir.Mineral gübrələrdən o qədər istifadə olunmasa da inkişafdan geri qalan bəzi kolların dibinə azot verilir. Təsərrüfatçılar deyir ki, məhsuldarlıq yağışın yağmasından asılıdır.Bu il təbiət yağıntını əsirgəməsə bol məhsul götürə biləcəklər.
Ümumilikdə bu il rayonda 1380 hektar sahədə kartof əkilib. Kartofun yığımı mayın sonu iyunun əvvəllərində aparılacaq. Hər hektardan 20-25 ton məhsul götürülməsi proqnozlaşdılır.arb cenub
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...