Azərbaycan mətbəxinin ən qədim və sevilən içkilərindən biri də ayrandır.
Xüsusilə də yay aylarında yeməklərin yanında ayran içməyin ayrı bir ləzzəti var. Ayran dadlı içki olmaqla yanaşı insan orqanizminə inanılmaz faydaları ilə də seçilir.
Ayranın tərkibində kalsium, potasium və proteindən başqa A, B12, D, B2 və B6 vitaminləri var.
Tərkibində olan qatıq bakteriyalarının sayəsində ayran bədən üçün son dərəcə əhəmiyyətli bir qida vəzifəsindədir. Heç bir mənfi təsiri yoxdur, əksinə sağlamlığa olduqca faydası var.
Bədəndə çatışmadıqda başda depressiya olmaqla bir çox xəstəliyə səbəb olan B vitamini ayranın tərkibində bol miqdarda var. B vitaminləri stress simptomlarını azaldır və beynin seratonin hormonu ifrazını təmin edir.
Ayran elektrolit baxımından da son dərəcə zəngindir və bağırsaq florasının stabilliyini artıraraq düzənləyir.
Həzm sistemini tənzimləyən və bədənin maye axımını balanslaşdıran ayran, bunun yanında normal qan təzyiqini təmin etmək üçün lazım olan potasiumu da bədən üçün təmin edir.
Sümük əriməsi riskini böyük ölçüdə azaldır.
Xərçəngə, allergiyaya, qastritə, iltihablanmaya qarşı qoruma təmin edir. Tərkibində olan maqnezium, kalsium və potasium sayəsində yüksək təzyiqi aşağı salır.
Əzələ, sümük, sinir və immunitet sistemini qoruyur. Uşaq və böyüklərin sağlamlığını gücləndirir.
Həmçinin, ayran triptofan tərkibi sayəsində sakitləşdirici təsirə sahibdir.
Ayran həm toxluq hissi verir, həm də metabolizmanı sürətləndirir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...