Astarainfo.az xəbər verir ki, aprelin 18-də Beynəlxalq Abidələrin Mühafizəsi günü ilə əlaqədar Astara Tarix–Diyarşünaslıq muzeyində tədbir keçirilib.
Tədbirdə Pedaqoji kollecin tələbələri, M.Ə.Sabir adına 1saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin baş fond mühafizi Şahin Əliyev açaraq Astaranın qədim abidələri haqqında gələn qonaqlara geniş məlumat verib.Daha sonra muzeyin direktoru Gülzar İsmayılovaya “Abidələr bizim tariximizdir” adlı məruzəsi ilə tədbir iştirakçıları qarşısında çıxış edib.
Tədbirdə Pedaqoji kollecin tələbələri Aydan Sımlı, Tuğra Nəzərlı , muzeyin əməkdaşları Vüsalə Xocaxanova, Elnarə Əhmədova çıxış ediblər.
Astarainfo.az