Türkiyədə bu gün Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur.
Astarainfo.az-ın yerli mətbuata istinadla verdiyi xəbərə görə, bayram ölkədə müxtəlilif tədbirlərlə qeyd ediləcək.
Hər il aprelin 23-də Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, habelə bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunmuş uşaqlardan birinə verir və uşaqların bu vəzifədəki qərar və göstərişlərinə riayət olunur.
Bu münasibətlə təhsil naziri İsmet Yılmazın rəhbərliyi ilə geniş nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Anıtqəbir önünə əklil qoyulub.
Bildirək ki, bu ənənənin əsasını “Bu günün uşaqları sabahın böyükləridir” deyən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk qoyub.
Qeyd edək ki, 23 aprel dünyada qeyd olunan ilk uşaq bayramıdır.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sipiyəpart kəndində əhali ilə görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti idarə və...