Elan

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 8 iyun 2018-citarixində Akademiyanınn Muzey-Sərgi Kompleksində “SAF RƏNGLƏR” V Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı Festivalı  keçiriləcəkdir.

Festivalda 3 yaşdan 16 yaşa qədər uşaq və yeniyetmələrin
təsviri sənətin bütün janrları
(həmçinin kompüter dizaynı və kompüter animasiyası)
üzrə əl işləri nümayiş etdiriləcək.
Rəsmlər və eksponatlar 2018-ci ilin 30 may tarixinə qədər
Rəssamlıq Akademiyası və Bilik Fondunda qəbul edilir.
Festivalda iştirak etmək istəyənlər 2018-ci il aprelin 30-dan gec olmayaraq adramuseum@gmail.comünvanına ərizə ilə müraciət edə bilərlər.
Festival aşağıdakı nominasiyalar üzrə keçirilir:

˜ Azərbaycan

˜ Mənim ölkəm

˜ İdman

˜ Təhlükəsiz dünya – gələcəyin nəqliyyat vasitələri

˜ Eko-mədəniyyət

˜ Oyuncaq və transformerlər

˜ Rabitə və informasiya

Festivala hazırlıq mərhələsində 2018-ci ilin 30 may tarixinədək
ADRA Muzey-Sərgi Kompleksində Festivalın proqramına uyğun mövzularda səfirlik və diplomatik nümayəndəlik əməkdaşlarının övladları üçün
ödənişsiz ustad dərsləri təşkil olunmuşdur.
Əlaqə: +994 (012) 5665669 – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
            +994 (012) 5391012 – Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu
Təşkilat Komitəsi