Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ olub.
Yerli vaxtla gecə saat 03.34-də baş verən yeraltı təkan əhalini vahiməyə salıb. Bəzi tikililərə xəsarət dəyib, 13 nəfər yaralanıb. Yeraltı təkanların ocağı 9,17 kilometr dərinlikdə yerləşib.
Qeyd edilir ki, zəlzələnin mərkəz bazası olan Samsatda 2017–ci il martın 2-də də 5,1 bal gücündə zəlzələ olmuş və əraziyə böyük ziyan dəymişdir.AZƏRTAC
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...