Xocalı soyqırımının əsas səbəbkarı Serj Sarkisyan hakimiyyətdən qovuldu.
İrəvanda baş verən kütləvi etirazların fonunda Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Nikol Paşinyan haqlı idi. Mən yanıldım. Yaranmış durumda bir neçə qərar var, lakin onların heç birinə getməyəcəyəm. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam – mən sizin tələbinizi yerinə yetirirəm”,- deyə Sarkisyan bəyanatında bildirib.
Serj Sarkisyanın istefa verməsinin bir neçə səbəbi var idi. Ən əsası aksiyaların 11-ci günündə cəmiyyətin bütün təbəqələri prossesə dəstək nümayiş etdirdi. Paytaxt və regionları da bürümüş aksiyalara qoşulan tələbələr, həkimlər, din xadimləri və hərbçilər xalqın tərəfinə keçərək Ermənistan hakimiyyətini çıxılmaz vəziyyətə saldı.
Ölkənin müdafiə naziri Viqen Sarkisyan baş verənləri vətənə xəyanətə bərabər tutsa da, onların ən ciddi şəkildə cəzalandırılacağını desə belə, hərbçilər meydanlara axışmaqda davam etdi.
İrəvanın mərkəzi küçələrində etirazçılar Sayat Nova və Baqramyan Prospekti boyunca yürüş edərək, yolları bağlayıblar. Yüzminlərlə etirazçı Dağlıq Qrabağ kartı ilə illərdir onları istismar edən hərbi xuntadan qanı bahasına belə azad olmaq istəyir. Erməni xalqı ölkəni biznesinə çevirən mafioz klandan canını qurtarmaq üçün meydanlara axışıb. Bu izdihamın qarşısında dayanmağın qeyri-mümkün olduğunu görən Serj Sarkisyan məğlub olacağını bildiyindən bu gün istefanı seçdi. Sarkisyan hakimiyyət sükanını əlində saxlaya bilmədi və acizanə şəkildə uduzdugunu etiraf etdi.
Bununla yanaşı, ABŞ-ın Ermənistandakı səfirliyinin sərt bəyanatı, Avropa İttifaqının ölkədə jurnalistlərə zor tətbiq edilməsi, dinc əhalinin isə həbs olunması kəskin bəyanatı işğalçi dövlət kimi tanınan ölkənin mənfi imicini daha da mökəmləndirdi.
Serj Sarkisyanın istefasından sonra erməni xalqı sevinc içərisindədir. Onlar bir-birini təbrik edirlər. Erməni xalqı cinayətkar xuntaya yox dedi. Bu, Xocalıda dinc əhaliyə divan tutan həmin o hərbi xuntadır. İndi qaldı əsas məsələ- qatil Qarabağ klanının ədalət mühakiməsinəverilməsi.Xezerxeber.az