Astarainfo.az xəbər verir ki, respublikanın yüksəkixtisaslı tibb mütəxəssisləri aprelin 27-də Astara rayonunda olublar.
Respublika Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyevin rəhbərlik etdiyi həkim briqadası gün ərzində 300-ə yaxın xəstəni müayinə edib.
Respublika Klinik Xəstəxanasının cərrahı Elçin Mirzəyev, xəstəxananın həkim-nevropatoloqu Qabil Bayramov, M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həkim-endokrinoloqu Səbuhi Yusifov, Elmi Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Mahir Bağırov və oftalmoloq Hikmət Əzizi Astara Rayon Mərkəzi Xəstəxanasında rayonun müxtəlif yaşayış məntəqələrindən gəlmiş sakinləri tibbi müayinədən keçirərək onlara tövsiyələrini veriblər.
Rayon sakinləri humanitar aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Nicat Raufoğlu

Astarainfo.az