Astarainfo.az xəbər verir ki, aprelin 27-də Astara Heydər Əliyev Mərkəzində “Gözlərə nur, qəlblərə mərhəmət bəxş edən böyük insan Akademik Zərifə Əliyevanın ömür yolu hər bir insan üçün həyat və mənəviyyat dərsidir” mövzusunda oftalmoloq alim Zərifə xanım Əliyevanın 95-ci il dönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyasının Astara rayon Təşkilatının Qadınlar Şurasının və rayonun ziyalı qadınlarının iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının rayon Təşkilatının Qadınlar Şurasının sədri Yasəmən Rəsulova açmış, Akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və “Sadəlik və xeyrxahlıq təccəssümü” adlı fiim nümayiş olunmuşdur.
Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova “Gözlərə nur, qəlblərə mərhəmət bəxş edən böyük insan Akademik Zərifə Əliyevanın ömür yolu hər bir insan üçün həyat və mənəviyyat dərsidir” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 95-cü ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, Azərbaycan tibb ictimaiyyəti, hər il olduğu kimi, bu il də dünya şöhrətli alimin doğum gününü geniş qeyd edir.
Görkəmli içtimai xadim və alim Zərifə Əziz qızı Əliyeva tarixin yaddaşına “qızıl hərflərlə” həkk olunan şərəfli və mənalı bir ömür yaşamışdır. Gənc həkim-oftalmoloq əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzidəsində başlayıb. Onun ölkə səhiyyəsində nəzər-diqqətini ən çox cəlb edən sahələrdən biri o zamanlar çox geniş yayılmış traxomaya tutulmuş xəstələrin gözlərinə nur vermək istəyi olub. Traxoma xəstəliyi müharibədən sonrakı illərdə ölkə daxilində çox böyük bir bəlaya çevrilmiş ağır infeksion göz xəstəliklərindən biri hesab edilirdi. Bu üzücü xəstəlikdən əziyyət çəkən xəstələrin böyük əksəriyyəti tədricən görmə qabiliyyətini itirir, əlilliyə düçar olur, uzunmüddətli yataq xəstələrinə çevrilir, faydalı əməkdən kənarda qalırdı.
Tədbirdə çıxış edən rayon Mərkəzi Xəstəxanasının həkim pediatoru Zemfira Babayeva, rayon Təhsil şöbəsinin metodisti Arzu İbrahimova, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının məslə-hətçisi Rübabə Bağırova, Pedaqoji Kollecin müəllimi Nuranə Mirzəyeva, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqqında danışmışlar.
Elza Kazımova
Astarainfo.az