Astarainfo.az xəbər verir ki, bu il qış fəslində havaların mülayim keçməsi astaralı arıçıların işinə yarayıb. Həm arı ailələrinin qışdan itkisiz çıxması, həm də əlverişli şəraitin olması məhsuldarlığın artmasına səbəb olacaq. Bir neçə gündən sonra aran bölgəsinə aparılacaq arı ailələri müxtəlif xəstəliklərə qarşı dərmanlamadan keçirilib, həmçinin lazımi vitaminlərlə təmin olunub. Arı təsərrüfatlarında bal süzümünə may ayının sonlarından başlanılacaq. Bildirək ki, ümumilikdə Astarada 12 minə yaxın arıçı var. Arı ailələrinin sayı isə 26 minə yaxındır. Astara arıçılar cəmiyyətinin sədri Arif Nəzərov bildirib ki, keçən il hər arı ailəsi 18-20 kiloqram məhsul götürmüşük. Güman edirik bu il daha da artıq olacaq.